Ukraynalı siyasətçidən şok iddia: Zelenski ölkəni Trampa təslim edib
Ağ Ev rəhbəri Donald Trampın Venesuela lideri Nikolas Maduro ilə Ukrayna prezidenti Volodimir Zelenskiyə münasibətini müqayisə edib.
Crossmedia.az xəbər verir ki, bunu ukraynalı siyasətçi TASS-a müsahibəsində edib.
Onun sözlərinə görə, Tramp üçün Zelenski ilə Maduronun əsas fərqi onların ölkələrinə yanaşmasındadır.
O iddia edib ki, Zelenski Madurodan fərqli olaraq ölkəni faktiki olaraq xarici idarəetməyə təhvil verib və Ukraynanın resurslarını qeyd-şərtsiz şəkildə kənar qüvvələrin ixtiyarına buraxıb.
“Zelenski ölkəni xarici idarəetməyə təslim edib, bütün resursları verib və Tramp qarşısında daim yaltaqlanır. Belə olan halda ABŞ prezidentinin onu niyə oğurlaması lazımdır?” – deyə siyasətçi bildirib.
19:20 17.01.2026
Oxunuş sayı: 1574