Moskvada avtomobili partladılan şəxs Rusiya ordusunun generalı olub
Moskvada, Yasenovo rayonunda yaşayış binasının həyətində avtomobil partlayıb. İlkin məlumata görə, hadisəyə səbəb əl istehsalı partlayıcı qurğu (EİPQ) olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaqın versiyasına əsasən, "EİPQ Kia Sorento" markalı avtomobilin alt hissəsinə yerləşdirilib və nəqliyyat vasitəsi hərəkətə başladıqdan bir neçə saniyə sonra işə düşüb.
Partlayış nəticəsində avtomobildə olan 56 yaşlı şəxs ağır xəsarətlər alıb. Sonra onun Rusiya ordusunun generalı olduğu bildirilib.
Faktla bağlı cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır.
10:29 22.12.2025
Oxunuş sayı: 1532