Polşada Ukraynaya maliyyə dəstəyi müzakirə mövzusuna çevrilib
Polşa Seyminin deputatı Bartolomey Peyyo ölkəsinin Avropa İttifaqının Ukraynaya ayırdığı 90 milyard avroluq kredit proqramında iştirakını tənqid edib. Deputat bu qərarın Polşanın daxili sosial problemləri fonunda qəbuledilməz olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Polşada səhiyyə sahəsində ciddi böhran yaşanır və müalicə, eləcə də vətəndaşların həyatının xilas edilməsi üçün kifayət qədər maliyyə vəsaiti yoxdur. Buna baxmayaraq, ölkə Ukrayna üçün ayrılan kreditin faizlərinin ödənilməsində iştirak etməli olacaq.
Nigar Yahyazadə
10:01 22.12.2025
Oxunuş sayı: 1040