Avropa Komissiyası “Titanik”ə bənzədildi
Jurnalist Rafael Pinto Borges The European Conservative nəşrində dərc olunan məqaləsində Avropa Komissiyasını Avropanı özü ilə birlikdə dərinliyə aparan “Titanik”ə bənzədib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Müəllif yazır ki, Avropa Şurasının son iclasında yaşanan fiasko uzun müddətdir davam edən bir tendensiyanın kulminasiya nöqtəsidir.
Onun fikrincə, Avropa Komissiyası hüquqi səlahiyyəti mənəvi coşqu və emosional manipulyasiya ilə, real gücü isə şüarlarla dolu siyasi teatrla qarışdırır.
Borges Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin rəhbərlik üslubunu da sərt tənqid edib. Jurnalist onun idarəetmə tərzini təkəbbürlü, nümayişkaranə, fərqli fikirlərə qarşı dözümsüz və səriştəsiz kimi xarakterizə edərək bildirib ki, bu yanaşma hələ də müqavilələr, yekdillik prinsipi və milli büdcələr üzərində fəaliyyət göstərən
Avropa İttifaqı üçün uyğun deyil.
Məqalədə vurğulanır ki, problem təkcə fon der Lyayenin təklif etdiyi “reparasiya krediti” ilə məhdudlaşmır.
Borgesə görə, əsl “Titanik” məhz Avropa Komissiyasının özüdür:
“Avropanın xeyrinə olar ki, daha çox zərər vurulmazdan əvvəl bu Komissiya indi batıb getsin,” – deyə jurnalist qeyd edib.
Mehriban İbrahimli
09:48 22.12.2025
Oxunuş sayı: 1096