ABŞ Ermənistandakı səfirini geri çağırır
Tramp administrasiyası ABŞ-nin xaricdəki diplomatik strategiyasını yenidən qurmaq məqsədilə təxminən 30 diplomatını səfir və səfirliklərdəki digər yüksək vəzifələrdən geri çağırmaq qərarı verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, diplomatik dəyişikliklər bir neçə regionu əhatə edir. Avropa ölkələri sırasında Ermənistan, Şimali Makedoniya, Monteneqro və Slovakiya yer alır. Afrikada isə Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d’İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqandada dəyişikliklər gözlənilir.
Asiya regionunda Fici, Laos, Marşall adaları, Papua–Yeni Qvineya, Filippin və Vyetnamda, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələri olan Əlcəzair və Misirdə də ABŞ diplomatlarının geri çağırılması planlaşdırılır. Bundan başqa, Nepal, Şri-Lanka, Qvatemala və Surinam da siyahıya daxildir.
Bu addım ABŞ-nin xarici siyasət prioritetlərinə uyğun olaraq diplomatik nümayəndəliklərin fəaliyyətinin yenidən strukturlaşdırılması məqsədi daşıyır.
Nigar Yahyazadə
09:45 22.12.2025
Oxunuş sayı: 1103