Venesuela vitse-prezidenti: Chevron tankeri Venesuela nefti ilə ABŞ-yə yola salınıb
Venesuelanın vitse-prezidenti və karbohidrogenlər naziri Delsi Rodriges Karib dənizində ABŞ sanksiyaları çərçivəsində gəmilərin ələ keçirilməsi fonunda, ABŞ-nin Chevron şirkətinə məxsus tankerinin Venesuela nefti ilə ABŞ-yə yola salındığını açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Rodriges bu barədə “Telegram” kanalında yazaraq bildirib ki, sözügedən tanker Venesuela neft sənayesinin üzərinə götürdüyü öhdəliklərə tam uyğun şəkildə ölkəni tərk edərək ABŞ istiqamətində hərəkət edir.
Nazirin sözlərinə görə, Venesuela hər zaman milli və beynəlxalq hüquqa hörmət edib və bundan sonra da edəcək. O vurğulayıb ki, heç bir maneə ölkəni inkişaf və qələbə yolundan döndərə bilməz.
09:38 22.12.2025
Oxunuş sayı: 1171