Türkiyə 300 metrlik aviadaşıyıcı inşa edir
Türkiyə hərbi sənayesində mühüm mərhələ hesab olunan yeni bir layihəyə start verib. Bu da Türkiyə Hərbi Dəniz Qüvvələrinin imkanlarını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq məqsədi daşıyır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə 300 metr uzunluğunda aviadaşıyıcının tikintisinə başlayıb. Yeni gəmi universal desant gəmisi TCG Anadolunun “böyük qardaşı” olacaq.
Layihə Türkiyənin hərbi-dəniz qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyir. Yeni aviadaşıyıcı daha çox təyyarə və pilotsuz uçuş aparatının yerləşdirilməsi, eləcə də uzaq məsafələrdə əməliyyatların aparılması üçün nəzərdə tutulur
Bu nəhəng gəmi, Ankaranın dənizlərdə güc nümayişini və regional, eləcə də qlobal miqyasda hərbi mövqelərini möhkəmləndirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.
Zeynəb Xuduyeva
09:33 22.12.2025
Oxunuş sayı: 1173