Yelisey Sarayından 40 min avroluq gümüş və farfor oğurlanıb
Fransada prezidentin rəsmi iqamətgahı olan Yelisey Sarayından ümumi dəyəri 40 min avro olan süfrə gümüşü və farfor məmulatları oğurlanıb.
Crossmedia.az “The Guardian”-a istinadən xəbər verir.
Milli sərvət hesab edilən əşyaların bir hissəsi onlayn hərraclarda aşkarlanıb.
Araşdırma zamanı hüquq-mühafizə orqanları gümüş məmulatların uçotuna cavabdeh olan saray əməkdaşını müəyyən edib. Axtarışlar zamanı onun üzərindən təxminən 100 qiymətli əşya tapılıb.
Oğurlanan bütün əşyalar geri qaytarılıb, üç nəfər saxlanılıb. Saxlanılan şəxsləri 10 ilədək həbs və 150 min avroya qədər cərimə gözləyir.
Səriyyə Tağıyeva
23:15 21.12.2025
Oxunuş sayı: 1204