Sosioloq və publisist İqor Eydman bildirib ki, Dmitri Kozakın müharibə əleyhdarı mövqeyi onun Putinin varisi rolunda qiymətləndirilməsinə səbəb ola bilər.
Crossmedia.az "Exo Moskva"-ya istinadən xəbər verir. Onun sözlərinə görə, Qərb mətbuatında Kozakın əvvəlcədən antimüharibə mövqeyinə malik olması ilə bağlı yayılan məlumatların arxasında Rusiya bürokratiyasındakı “mötədillər” qruplaşması dayanır. Bu qrup artıq Putinə əvəz axtarır və ya onun mümkün yoxluğu üçün varis namizədlərini nəzərdən keçirir.
Eydman əlavə edib ki, namizədin əsas tələbi Ukraynada müharibəyə görə birbaşa məsuliyyət daşımaması və Qərblə əməkdaşlığın bərpası üzrə danışıqlar apara bilməsidir. Kozak bu rola namizəd kimi göstərilir və onu praqmatik, rasional siyasətçi kimi tanıyırlar. Kremlin bəzi dairələri onu Putinin varisi kimi görür.
Türkan Kərimli