Türkiyə-İran əməkdaşlığı: PJAK-a sarsıdıcı zərbə
Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, İran PJAK terror təşkilatına qarşı keçirdiyi əməliyyatlarda təşkilat ciddi itkilər verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, Türkiyə PKK və onun İrandakı qolu olan PJAK-la bağlı kəşfiyyat məlumatlarını Tehrana gündəlik əsasda ötürüb. Bu əməkdaşlıq İranın PJAK-a qarşı effektiv əməliyyat aparmasına imkan yaradıb.
Nazir əlavə edib ki, PKK və PJAK silahları yerə qoymaq əvəzinə, 2025-ci ilin iyununda İsrail–İran müharibəsi zamanı İranda siyasi sistemin dəyişəcəyini düşünərək silahlı qüvvələrini İraqdan İrana köçürüblər. Ancaq gözləntilər doğrulmayıb və nəticədə İran təhlükəsizlik qüvvələri əməliyyat yolu ilə PJAK-a ağır zərbələr endirib.
Gülər vurğulayıb ki, bu əməkdaşlıq terrorizmə qarşı mübarizədə qarşılıqlı faydalıdır və bölgədə təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Türkan Kərimli
14:35 21.12.2025
Oxunuş sayı: 1205