İran və Venesuela: ABŞ-nin hərbi addımlarını beynəlxalq hüquqa zidd sayıb
İranın xarici işlər naziri Abbas Əraqçı venesuelalı həmkarı İvan Gil Pinto ilə telefon danışığı aparıb. Tərəflər Karib bölgəsindəki son proseslər və ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Əraqçı ABŞ-nin Venesuelaya qarşı güc tətbiqi təhdidlərini və dəniz təhlükəsizliyinə müdaxiləsini BMT Nizamnaməsinin kobud pozuntusu kimi dəyərləndirib.
Venesuela xarici işlər naziri isə İranın ABŞ sanksiyalarına qarşı prinsipial mövqeyini yüksək qiymətləndirərək, ölkəsinin milli suverenlik və müstəqilliyini qorumaq əzmində olduğunu bildirib.
14:32 21.12.2025
Oxunuş sayı: 1117