İran XİN: ABŞ ilə əlaqələr dayandırılıb
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofla əvvəl əlaqə saxlanılsa da, artıq bir neçə aydır bu əlaqələr dayandırılıb.
Crossmedia.az xəbər verir ki, Əraqçı Tehran üçün ədalətli və balanslı razılaşmanın vacib olduğunu, diktə xarakterli şərtləri qəbul etməyəcəklərini vurğulayıb.
Nazir əlavə edib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiqdir və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa hazırdır.
Türkan Kərimli
14:23 21.12.2025
Oxunuş sayı: 1076