İran haker qrupu İsrail rəsmilərini kiberhücumla hədələyib
İranla əlaqəli “Hanzala” haker qrupu İsrailin keçmiş Baş naziri Naftali Bennettin mobil telefonuna haker hücumunu iddia edib və digər rəsmiləri də hədəf göstərib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qrup “X” hesabında Bennettin süni intellektlə hazırlanmış videosunu paylaşaraq, Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, keçmiş hərbi kabinet üzvü Benni Qantz, Knesset üzvü Talli Qotlib və sabiq müdafiə naziri Yoav Qallantı növbəti hədəflər kimi göstərib.
Bennettin ofisi isə yayılan iddiaları təkzib edib və mobil telefonunun haker hücumuna məruz qalmadığını bildirib.
14:18 21.12.2025
Oxunuş sayı: 1072