ABŞ kəşfiyyat rəhbəri: Media Ukrayna münaqişəsini qızışdırır
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bəzi media qurumlarını Ukraynadakı hərbi münaqişəni və Üçüncü Dünya Müharibəsi təhlükəsini qızışdırmaqda ittiham edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Qabbardın sözlərinə görə, ABŞ kəşfiyyat məlumatları Rusiyanın bütün Ukraynanı ələ keçirmək və Avropaya qarşı genişmiqyaslı müharibə aparmaq planlarının mövcud olmadığını göstərir.
Rəsmi bildirib ki, bu cür iddialar və nəşrlər ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərini sabotaj edir. Qabbard vurğulayıb ki, reallığa uyğun olmayan məlumatların yayılması münaqişənin daha da dərinləşməsinə xidmət edir.
Türkan Kərimli
14:05 21.12.2025
Oxunuş sayı: 963