Cənubi Afrikada atışma: 10 nəfər ölüb, 10 nəfər yaralanıb
AFP-nin məlumatına görə, Cənubi Afrikanın Yohannesburq şəhəri yaxınlığında yerləşən Bekkersdal kəndində baş verən atışma nəticəsində 10 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı hücum KwaNoxolo barında baş verib.
Polisin bildirdiyinə görə, qurbanların bəziləri küçələrdə naməlum silahlı şəxslər tərəfindən təsadüfən güllələnib. “Hadisəni kimin törətdiyi barədə hazırda dəqiq məlumatımız yoxdur”, - deyə polis qeyd edib.
Hücumun səbəbləri hələlik məlum deyil, hadisə ilə bağlı araşdırma aparılır.
Türkan Kərimli
13:55 21.12.2025
Oxunuş sayı: 1357