Roma Papasının gecə vərdişləri üzə çıxdı
Roma Papası Lev XIV-ün gecə saatlarında alman dilini öyrəndiyi məlum olub.O, bu məqsədlə müxtəlif onlayn dil öyrənmə tətbiqlərindən istifadə edir.
Crossmedia.az xəbər verir ki,məlumata əsasən, internet istifadəçiləri onu Roma Papası seçilməzdən əvvəl X sosial şəbəkəsində istifadə etdiyi drprevost adlı hesab vasitəsilə tanıyıblar. Sözügedən hesabın ona məxsus olduğu barədə iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Eyni zamanda, Roma Papasının qardaşı bildirib ki, Lev XIV boş vaxtlarında ABŞ-da yaşayan qohumları ilə əlaqə saxlayır və bəzən onlarla söz oyunları oynayır. Qeyd olunur ki, bu cür məşğuliyyətlər Papanın həm zehni fəallığını qorumasına, həm də xarici dilləri mənimsəməsinə kömək edir.
Məlumat ictimaiyyətdə maraq doğurub və Roma Papasının gündəlik həyatı ilə bağlı nadir detallardan biri kimi dəyərləndirilib.
Nastya Qəniyeva
16:00 21.12.2025
Oxunuş sayı: 1048