ABŞ Çinlə əlaqəli neft tankerini ələ keçirdi
Son günlər beynəlxalq enerji bazarları və geosiyasi gündəm yeni bir iddia ilə yenidən diqqət mərkəzinə düşüb.Məlumata görə, ABŞ hərbi qüvvələrinin Karib hövzəsində həyata keçirdiyi əməliyyat çərçivəsində Çinlə əlaqələndirilən, Panama bayrağı altında üzən bir neft tankerinin ələ keçirilməsi regionda onsuz da gərgin olan siyasi və iqtisadi münasibətləri daha da kəskinləşdirə bilər. Hadisə ABŞ-Venesuela münasibətləri, Çinin qlobal enerji təchizatındakı rolu və beynəlxalq dəniz hüququ ilə bağlı ciddi suallar doğurur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ hərbi qüvvələri Panama bayrağı altında üzən, Çinə məxsus CENTURIES adlı tankeri ələ keçirib. Tanker Venesuelaya məxsus ən yüksək keyfiyyətli Merey 16 xam nefti ilə yüklənmiş olub və göyərtəsində 1,8 milyon barel neft daşıyıb.
Xüsusilə də söhbət Venesuelaya məxsus, ağır və yüksək keyfiyyətli xam neft hesab edilən Merey 16 markalı neftin böyük həcmdə daşınmasından getdiyi üçün, bu hadisənin qlobal neft bazarlarına mümkün təsirləri yaxından izlənilir.
Zeynəb Xuduyeva
14:27 21.12.2025
Oxunuş sayı: 985