Rusiya-Afrika Forumunun birgə bəyanatı yekdilliklə qəbul edilib
Qahirədə keçirilən Rusiya-Afrika Forumunun ikinci nazirlər konfransının yekununda qəbul edilən birgə bəyanat bütün iştirakçı ölkələr tərəfindən yekdilliklə təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Lavrovun sözlərinə görə, sənəddə Rusiya ilə Afrika ölkələri arasında birgə praktiki əməkdaşlığın bütün əsas istiqamətləri ətraflı şəkildə əks olunub və bəyanat gələcək fəaliyyət üçün əsas yol xəritəsi rolunu oynayacaq.
Nazir qeyd edib ki, birgə bəyanat beynəlxalq inkişafın əsas məsələləri üzrə iştirakçı ölkələrin prinsipial mövqelərini açıq şəkildə ortaya qoyur. Xüsusilə, bütün ölkələrin BMT Nizamnaməsinin prinsiplərinə əməl etməsinin vacibliyi vurğulanır.
Sənəddə eyni zamanda Afrika ölkələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, onların müstəqil iqtisadi inkişaf, tərəfdaşları sərbəst seçmək və müstəqil xarici siyasət yürütmək hüquqlarının müdafiəsi əsas prioritetlər kimi qeyd olunur.
Fidan Quliyeva
14:01 21.12.2025
Oxunuş sayı: 988