Britaniya Ermənistanda seçkilərin keçirilməsinə dəstək göstərəcək
Böyük Britaniya hökuməti Ermənistanda keçiriləcək seçkilərin təşkili prosesinə dəstək verməyi planlaşdırır.
Bu barədə Crossmedia.az Böyük Britaniyanın Ermənistandakı səfiri Aleksandra Pamela Koulun verdiyi məlumata istinadən xəbər verir.
Səfirin sözlərinə görə, London Ermənistan hökuməti ilə əməkdaşlıq edərək gələn il baş tutacaq mühüm tədbirlərə hazırlıq görür. Həmin tədbirlər sırasında Avropa Siyasi Birliyinin toplantısı və ölkədə keçiriləcək seçkilər də yer alır.
Aleksandra Pamela Koul bildirib ki, Böyük Britaniya bu proseslərin şəffaf və səmərəli şəkildə həyata keçirilməsində Ermənistan tərəfinə yardım göstərmək niyyətindədir.
Mehriban İbrahimli
13:13 21.12.2025
Oxunuş sayı: 1051