İbrahim Kalın HƏMAS nümayəndələri ilə görüş keçirib
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb. Görüşdə HƏMAS-ın danışıqlar üzrə nümayəndə heyətinə hərəkatın siyasi bürosunun üzvü Xəlil əl-Həyyə rəhbərlik edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı Türkiyənin zəmanətçi ölkə kimi Qəzzada atəşkəs rejiminin qorunması istiqamətində göstərdiyi intensiv səylər vurğulanıb. Eyni zamanda İsrail tərəfindən mümkün yeni pozuntuların qarşısının alınması üçün atılmalı addımlar müzakirə olunub.
Tərəflər Qəzzada sülh planının ikinci mərhələsinə keçid üçün zəruri şərtlərin yaradılması, həmçinin mövcud problemlərin həlli ilə bağlı məsləhətləşmələr aparıblar.
Günel Verdiyeva
10:33 21.12.2025
Oxunuş sayı: 1210