Rusiya sosial şəbəkələrində uşaq qətlinin təbliği ilə bağlı qalmaqal
Rusiyaya bağlı radikal qruplar sosial şəbəkələrdə 10 yaşlı tacik uşağının qətlə yetirildiyi anların görüntülərini yayımlayıb. Paylaşımlarda cinayəti törətmiş nasist ideologiyalı Timofey Kulyamovun hərəkətləri açıq şəkildə qəhrəmanlaşdırılır və ona haqq qazandırılmağa çalışılır.
Bu barədə Crossmedia.az xəbər verir.
Yayılan materiallar nifrət zəminində törədilmiş cinayətin təbliği kimi qiymətləndirilir. Uşağın etnik mənsubiyyətinə görə hədəf seçilməsi və qətlin açıq şəkildə paylaşılması ictimaiyyətdə ciddi narazılıq doğurub.
Türkanə Məşədiyeva
11:54 21.12.2025
Oxunuş sayı: 1280