Estoniya məhkəməsinin qərarı ilə Kaya Kallas əvvəlki açıqlamalarını təkzib edib
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas məhkəmə qərarına əsasən daha əvvəl səsləndirdiyi fikirləri ictimai şəkildə təkzib edib. Bu barədə o, 17 fevral 2022-ci il tarixli paylaşımına dair açıqlamanı Facebook səhifəsində yayımlayıb.
Crossmedia.az xəbər verir ki, Kallas həmin paylaşımda Toompeada Varro Vooglaid və Ailənin və Ənənələrin Müdafiəsi Fondu (SAPTK) tərəfindən təşkil olunan mitinq zamanı guya Estoniya polisinə hücum edilməsi ilə bağlı səsləndirdiyi iddialar, eləcə də 23 oktyabr 2021-ci ildə Vabaduse meydanında keçirilən aksiyanın Varro Vooglaid və EKRE tərəfindən təşkil edildiyi barədə fikirləri həqiqətə uyğun olmayıb.
“Qeyd olunan iddialar reallığı əks etdirmir”, - deyə Kallas paylaşımında bildirib.
Sevinc Yarməmmədova
11:31 21.12.2025
Oxunuş sayı: 1437