Cənubi Afrikada silahlı hücum: azı 9 nəfər ölüb
Cənubi Afrikanın Yohannesburq şəhərində baş verən silahlı hücum nəticəsində azı 9 nəfər ölüb, 10 nəfər yaralanıb.Hadisə şəhərin cənub-qərbində yerləşən Bekkersdal qəsəbəsindəki bir meyxanada qeydə alınıb.
Crossmedia.az bu barədə CNN-ə istinadən xəbər verir.
Cənubi Afrika Polis Xidmətinin məlumatına görə, təxminən 12 naməlum şəxs meyxanada olan insanlara atəş açıb. Hücumdan sonra şübhəlilər hadisə yerindən qaçıb. Hazırda polis onların axtarışını davam etdirir və şahidləri istintaqa kömək etməyə çağırır.
09:35 21.12.2025
Oxunuş sayı: 1102