5,4 bal gücündə zəlzələ baş verib
Yaponiyanın Hokkaydo adasında, Nemuro-şi şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına istinadən xəbər verir ki , zəlzələ 45 km dərinlikdə qeydə alınıb. İlkin məlumatlara əsasən, zəlzələnin dəqiq maqnitudası, episentri və dərinliyi yaxın saatlar və ya dəqiqələr ərzində seysmoloqlar tərəfindən məlumatların yenidən yoxlanılması nəticəsində dəqiqləşdirilə bilər.
Daha sonra RaspberryShake vətəndaş-seysmografiya şəbəkəsi də hadisə ilə bağlı hesabat yayıb və zəlzələnin 5,4 bal olduğunu bildirib. Eyni zəlzələ barədə məlumat verən digər qurumlar arasında Fransanın Milli Seysmoloji Nəzarət Şəbəkəsi (RéNaSS) – 5,3 bal, Almaniyanın Geofizika Tədqiqat Mərkəzi (GFZ) isə 5,4 bal gücündə zəlzələ qeydə alındığını açıqlayıb.
Kübra Musayeva
09:10 21.12.2025
Oxunuş sayı: 1137