Pentaqon rəhbəri ABŞ ordusuna çağırışda ciddi problemlər olduğunu açıqlayıb
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbəri Pit Hegset amerikalı gənclərin orduya cəlb olunmasında çətinliklərin artdığını bildirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, gənclərin böyük bir hissəsi ya fiziki göstəricilərinə görə, ya da hazırlıq səviyyəsinə görə hərbi xidmət tələblərinə cavab vermir:
“Gənclərimizin çoxu ya həddindən artıq kökdür, ya da kifayət qədər hazırlıqlı deyil. ‘Ağılsız’ sözü düzgün ifadə deyil. Problem ondadır ki, biz onları yetərincə yaxşı öyrətmirik. Bəzilərində diqqət çatışmazlığı və hiperaktivlik sindromu, yaxud digər problemlər var”, – deyə Hegset qeyd edib.
Mehriban İbrahimli
12:16 20.12.2025
Oxunuş sayı: 1159