Polşa rəhbərliyi Kiyevin mövqeyindən narazıdır
Polşa Prezidenti bildirib ki, Ukraynaya göstərilən yardım Polşa cəmiyyətində gözlənildiyi qədər qiymətləndirilməyib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu fikrini Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsi söhbətində də bölüşüb:
“Zelenski ilə görüş zamanı ona bildirdim ki, polyakların fikrincə, Polşanın Ukraynaya verdiyi dəstək lazımi səviyyədə dəyərləndirilməyib. Kiyev hakimiyyətinin bu yanaşmanı dəyişmək üçün bütün imkanları var”, – deyə o qeyd edib.
Polşa Prezidenti həmçinin Zelenski ilə Volın qırğınının qurbanlarının xatirəsi məsələsini də müzakirə etdiklərini vurğulayıb. Onun sözlərinə görə, tərəflər bu mövzunun həll olunmalı olduğu barədə ortaq anlayışa malikdirlər.
Mehriban İbrahimli
11:58 20.12.2025
Oxunuş sayı: 1407