Orban Avropa liderləri ilə bağlı ironik video paylaşıb
Macarıstanın Baş naziri Viktor Orban “Ghostbusters” (“Ruh ovçuları”) hitinin sədaları altında Avropa liderlərinin görüntülərindən ibarət video paylaşıb. Videoda musiqinin müəyyən hissələrində Ursula fon der Lyayen və Fridrix Merts ekrana çıxarılır.
Crossmedia.az bildirir ki, mahnının “kimə zəng etməli?” və “ovçulara!” sözləri səslənən anda isə Orbanın özü, Marin Le Pen, Andrey Babiş və Bart de Vever göstərilir. Paylaşımın ironik mesajı açıqdır: Orban özünü və müttəfiqlərini “ovçular” kimi təqdim edərək, onları hazırkı Avropa İttifaqı rəhbərliyinə qarşı qoyur.
11:49 20.12.2025
Oxunuş sayı: 1384