Ermənistanda SOCAR benzinini satacaq yanacaqdoldurma məntəqələri açıqlanıb
Azərbaycan neft məhsulları Ermənistana hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Xaçatür Sukiasyanın ailəsinə məxsus “MegaTrade” şirkəti tərəfindən idxal edilib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, idxal olunan neft məhsulları “Ran Oil” şəbəkəsinə aid yanacaqdoldurma məntəqələrində satışa çıxarılacaq.
Şirkət rəsmiləri bildiriblər ki, bu addım yanacaq bazarında qiymətlərin aşağı düşməsinə, eləcə də sektorda daha şəffaf qiymət formalaşmasının təmin olunmasına töhfə verəcək.
Türkanə Məşədiyeva
11:31 20.12.2025
Oxunuş sayı: 1439