Dağıstan, Azərbaycan və İran arasında dəniz səyahətləri təşkil olunacaq
Dağıstan, Azərbaycan və İran arasında dəniz kruizlərinin təşkili planlaşdırılır. Belə ki, bu marşrut üzrə səfərlər edəcək “Nikolay Jarkov” adlı teploxodun 2026-cı ildə naviqasiyaya başlaması nəzərdə tutulur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Turizm Sənayesi İttifaqı məlumat yayıb.
Bildirilib ki, kruizlərin müddəti 7–10 gün olacaq.
Qeyd edək ki, layihə regionlararası turizmin inkişafına və Xəzər hövzəsində səyahət imkanlarının genişlənməsinə xidmət edəcək.
Fatimə Məmmədova
11:23 20.12.2025
Oxunuş sayı: 1111