Rusiyanın iki hava limanında uçuşlar müvəqqəti dayandırılıb
Rusiyanın İvanovo və Yaroslavl hava limanlarında təyyarələrin gəliş və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, rosaviasiya bildirib ki, məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.
Daha əvvəl bir sıra bölgələrdə, o cümlədən Samara, Ulyanovsk və Lipetsk vilayətlərində də uçuşlara müvəqqəti qadağalar tətbiq olunmuşdu.
Nəzrin Abbas
10:28 20.12.2025
Oxunuş sayı: 1218