Navrotski Zelenski ilə görüşündən əvvəl dəyirmi masanı ləğv etdi
Polşa Prezidenti Karol Navrotski Ukrayna lideri Vlodimir Zelenski ilə görüşdən əvvəl Varşavadakı Prezident Sarayında yerləşən tarixi dəyirmi masanın yığışdırılmasını əmr edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın “Fakt” nəşri məlumat yayıb.
Navrotski masanın post-kommunist dövrün simvolu olduğunu bildirərək onun Polşa Tarixi Muzeyinə köçürülməsini istəyib. Zelenski ilə görüş dekabrın 19-da baş tutub. Danışıqlardan sonra Polşa prezidenti Kiyevin Varşavanın yardımını yetərincə qiymətləndirmədiyini qeyd edib.
Nəzrin Abbas
10:05 20.12.2025
Oxunuş sayı: 1241