ABŞ Suriyada İŞİD terror qruplaşmasına qarşı “Hokai” adlı hərbi əməliyyata start verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, əməliyyat dekabrın 13-də Palmira yaxınlığında ABŞ qüvvələrinə edilən hücuma cavab olaraq həyata keçirilir.
ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, zərbələr terrorçuların, onların infrastrukturunun və silah anbarlarının məhv edilməsinə yönəlib. Prezident Donald Tramp isə əməliyyatın İŞİD-in dayaq məntəqələrinə qarşı aparıldığını və ABŞ-a yönələn təhdidlərin sərt cavab alacağını qeyd edib.
Nəzrin Abbas