ABŞ-də iki sərnişin qatarı toqquşub
ABŞ-ın Nyu-Cersi ştatında iki sərnişin qatarı toqquşub.
Crossmedia.az xəbər verir ki, bu barədə News 12 New Jersey-i xəbər yayıb.
Məlumata görə, qəza Montclair-Boonton xəttində baş verib və qatarların biri qismən relsdən çıxıb.
New Jersey Transit bildirib ki, hadisə nəticəsində 17 nəfər yüngül xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur. Qəzanın səbəbləri araşdırılır.
Hadisə ilə əlaqədar Montclair Heights və Bay Street stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb, sərnişinlər üçün alternativ avtobus xidməti təşkil edilib.
Nəzrin Abbas
09:41 20.12.2025
Oxunuş sayı: 1162