Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini artırdı
Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini 0,5%-dən 0,75%-ə qaldırıb ki, bu, 2025-ci ilin yanvar ayından bəri ilk artımdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 10 illik istiqraz gəlirliliyi 2%-ə çatıb və bu, 2006-cı ildən bəri ən yüksək səviyyədir. İnflyasiya hədəfdən yuxarı qalır və Mərkəzi Bank faiz dərəcələrinin tədricən artırılacağını siqnal verib.
Bu addım Yaponiyanın iqtisadi stabilliyini qorumaq və inflyasiyanı idarə etmək məqsədi daşıyır.
Türkan Kərimli
22:51 19.12.2025
Oxunuş sayı: 966