TikTok ABŞ bölməsini satmaq üçün razılığa gəlib
TikTok-un baş direktoru Şou Tzu Çun bildirib ki, razılaşma “illərlə davam edən qeyri-müəyyənliyə son qoymaq” və tətbiqin ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan yaratmaq məqsədi daşıyır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşma TikTok-un ABŞ bazarında fəaliyyətini qoruyaraq hüquqi və tənzimləyici problemlərin həllinə yönəlib.
Şou Tzu Çun əlavə edib ki, satış həm istifadəçilərin təhlükəsizliyini təmin edəcək, həm də şirkətin ABŞ-dəki işçiləri və əməliyyatlarının davamlılığını təmin edəcək.
Türkan Kərimli
22:34 19.12.2025
Oxunuş sayı: 1125