Aİ Rusiya aktivləri üzrə razılığa gələ bilməyib
Avropa İttifaqı ölkələri Rusiya aktivlərinin istifadəsi ilə bağlı razılığa gələ bilməyib. Pul Aİ-nin ümumi büdcə zəmanəti müqabilində borc kimi götürüləcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merz bildirib ki, Ukrayna yalnız Rusiya Kiyevə kompensasiya ödədikdən sonra krediti geri qaytarmalıdır. Kansler əlavə edib ki, Rusiya kompensasiya ödəməkdən imtina edərsə, Aİ Ukraynanın borcunu ödəmək üçün dondurulmuş aktivlərdən istifadə edəcək və bu beynəlxalq hüquqa tam uyğun olacaq.
Merz vurğulayıb ki, bu yanaşma Avropanın Ukraynaya dəstəyini təmin etmək və maliyyə risklərini minimuma endirmək baxımından vacibdir. O bildirib ki, Aİ həm də Ukraynanın borc yükünü kompensasiyalı formada idarə etməyə çalışır.
Türkan Kərimli
22:28 19.12.2025
Oxunuş sayı: 941