İsrail rəsmiləri Livanla görüşlərdə iştirak edəcək
İsrail Milli Təhlükəsizlik Şurasının sədr müavini Yossi Drezn bu gün Naqaurada Livanın keçmiş səfiri Simon Karam ilə görüşdə iştirak edəcək. ABakı xüsusi elçisi Morqan Ortequs da görüşdə iştirak edəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu görüş həm atəşkəsi, həm də iqtisadi məsələlərin irəliləməsini müzakirə edən təhlükəsizlik rəsmilərinin fəaliyyətində İsrailin təmsilçiliyinin artdığını göstərir.
İsrail rəsmiləri vurğulayıb ki, bu görüş ölkələr arasında dialoqun gücləndirilməsi və regional sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir. “Görüşlər İsrailin diplomatik fəaliyyətinin genişləndirilməsini nümayiş etdirir”, - deyə bildirilib.
Türkan Kərimli
22:24 19.12.2025
Oxunuş sayı: 992