Gürcüstan parlament sədri: Avropa ilə “sivilizasiya uçurumu” yaranıb
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ölkəsi ilə Avropa İttifaqı arasında "sivilizasiya uçurumu" yaranıb. Onun sözlərinə görə, bu qənaətə Avropa Parlamentinin sessiyasının yayımını izlədikdən sonra gəlib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Papuaşvili Gürcüstanı Avropada demokratiyanın son adalarından biri hesab edir. O vurğulayıb ki, ölkənin demokratik dəyərləri və Avropa ilə uyğunluğu məsələsində ciddi fərqliliklər mövcuddur.
Papuaşvili həmçinin qeyd edib ki, Gürcüstanın Avropa perspektivi üçün siyasi və iqtisadi islahatlar vacibdir. “Avropa ilə yaxınlaşma üçün ciddi addımlar atmalıyıq, əks halda uçurum dərinləşəcək”, - deyə o bildirib.
Türkan Kərimli
22:12 19.12.2025
Oxunuş sayı: 995