Putinlə illik mətbuat konfransında əsgər analarının şikayətləri
Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransında əsgər anaları sosial dəstəyin gecikməsi, ödənişlərin edilməməsi və veteran statusu ilə bağlı narazılıqlarını ifadə ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi müxbirlər də orduda problemlərdən, müdafiə nazirinin və baş qərargah rəisinin performansından narazılıqlarını konfrans zamanı qeyd ediblər.
Mətbuat konfransı zamanı həmçinin əsgər analarının və jurnalistlərin problemləri diqqətə çatdırılıb, dövlət başçısının bu mövzulara münasibəti isə izləyicilər tərəfindən yaxından izlənib.
Türkan Kərimli
21:57 19.12.2025
Oxunuş sayı: 885