AB 2026–2027-ci illərdə Ukraynanı öz vəsaitləri hesabına maliyyələşdirməyi planlaşdırır
Avropa Birliyi 2026–2027-ci illərdə Ukraynaya maliyyə yardımı göstərmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyəcək və bütün vəsaitləri öz büdcəsi hesabına ayıracaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, BVF Ukraynanın iki il üçün xarici maliyyələşdirmə ehtiyaclarını təxminən 135 milyard avro səviyyəsində qiymətləndirib. Bunun 90 milyard avrosu Avropa Komissiyası tərəfindən təmin ediləcək, qalan hissəsi isə G7, Norveç və Avstraliya kimi tərəfdaş ölkələrdən gözlənilir. Bu, Aİ-nin gələcək büdcəsinin böyük hissəsini təşkil edəcək və əsas yük Almaniya, Fransa, İtaliya və Hollandiya kimi ölkələrin üzərinə düşəcək.
Məlumata görə, Rusiya aktivlərinin müsadirəsinə qarşı qərar verildiyi üçün alternativ həll yolları nəzərdən keçirilir: ya ümumi Aİ borcu vasitəsilə, ya da büdcə daxilində vəsaitlərin yenidən bölüşdürülməsi ilə. Bu isə Aİ daxilində maliyyənin bölüşdürülməsi ilə bağlı daxili mübahisələri gücləndirəcək və çətin kompromislər tələb edəcək.
21:45 19.12.2025
Oxunuş sayı: 942