ABŞ Müxtəliflik Vizası Lotereyasını dayandırıb
ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem bildirib ki, Braun Universitetində baş verən atışma şübhəlisinin ölkəyə Müxtəliflik Vizası Lotereyası (DV1 Green Card) vasitəsilə daxil olduğu aşkarlandıqdan sonra proqram dayandırılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı Klaudio Manuel Neves Valente 2017-ci ildə bu proqram vasitəsilə yaşıl kart alıb. ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə proqramı dərhal dayandırmaq əmri verilib.
Məlumata görə, Braun Universitetində 13 dekabrda baş verən atışmada iki nəfər ölüb, ən azı doqquz nəfər yaralanıb. Şübhələnin cəsədi 18 dekabrda Nyu Hempşirdə tapılıb.
Türkan Kərimli
21:40 19.12.2025
Oxunuş sayı: 1026