Netanyahu İsrailin Misirlə 35 milyard dollarlıq təbii qaz müqaviləsini təsdiqləyib
İsrail Baş Naziri Benyamin Netanyahu Misirlə 35 milyard dollar dəyərində olan ən böyük təbii qaz müqaviləsini təsdiqləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər İsrail bu layihəyə qarşı çıxır və Misir əvəzinə qazı digər ölkələrə satmaq istəyib. Lakin ABŞ-nin təzyiqlərindən sonra, İsrail Chevron ilə əməkdaşlığı müvəqqəti dayandıraraq Misirlə razılaşmanı təsdiqləyib.
Məlumata görə, müqavilə ABŞ-nin istəyi ilə həyata keçirilib və uzun danışıqlardan sonra İsrail tərəfi Misirlə qaz anlaşmasını qəbul edib.
Türkan Kərimli
21:35 19.12.2025
Oxunuş sayı: 1011