BMT İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib
BMT Baş Assambleyası İranda insan haqlarının vəziyyəti ilə bağlı illik qətnaməni təsdiqləyib. Səsvermədə 78 ölkə lehinə, 27 ölkə əleyhinə, 64 ölkə isə bitərəf qalıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qətnamənin mətnində edamlar, qadın hüquqları, etirazçılara qarşı repressiya və sərhədlərarası təzyiqlər xüsusilə vurğulanıb. Səsvermənin nəticələri əvvəlki illərlə müqayisədə əsasən iştirakçı ölkələrin tərkibindəki dəyişikliklərlə izah olunur.
Məlumata görə, bəzi ölkələr mövqeyini dəyişib: Konqo Respublikası mənfi səsdən bitərəf mövqeyə keçib, Mavritaniya isə əvvəlki müsbət səsini bitərəf səsə çevirib. Qətnamə ötən ay BMT Baş Assambleyasının Üçüncü Komitəsi tərəfindən də 79 lehinə və 28 əleyhinə səslə qəbul edilib.
Türkan Kərimli
21:29 19.12.2025
Oxunuş sayı: 959