Türkiyədə BPLА qəzaya uğrayıb
Türkiyənin İzmit şəhərinin kənd təsərrüfatı ərazisində pilotsuz uçuş aparatı (BPLА) aşkar edilib. Rəsmi açıqlama verilməsə də, BPLА vizual olaraq rus istehsalı olan “Orlan-10” tipinə bənzəyir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi bildirib ki, hadisə Kocaeli vilayətinin İzmit rayonunda, Çubuklubala bölgəsində baş verib. Hazırda faktla bağlı yoxlama aparılır.
Qeyd olunur ki, bu, Türkiyədə bir həftə ərzində baş verən ikinci oxşar insidentdir. Nazirlik faktı araşdırmağa davam edir.
Türkan Kərimli
21:19 19.12.2025
Oxunuş sayı: 1053