Aİ-də Ukrayna planına əngəl: Meloni həlledici rol oynadı
Avropa İttifaqında Ukraynaya maliyyə dəstəyinin təmin edilməsi məqsədilə müzakirə olunan yeni mexanizm daxili fikir ayrılıqları səbəbindən irəliləyə bilməyib. Qərarvermə prosesində aparıcı üzv ölkələrin ehtiyatlı mövqeyi təşəbbüsün gündəmdən kənarda qalmasına gətirib çıxarıb
Meloni və Makron Aİ-nin dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün müsadirəsi planının qarşısının alınmasında əsas rol oynayıblar.
Crossmedia.az Financial Times-a istinadən xəbər verir ki, sammit zamanı Aİ-nin bu planı xüsusilə İtaliya və Fransa nümayəndələrinin skeptik münasibəti ilə üzləşib.
Məlumata görə, Emmanuel Makron əsasən səssiz qalıb, Giorgia Meloni isə həlledici təsir göstərərək danışıqlar zamanı “əhval-ruhiyyəni dəyişib”
Zeynəb Xuduyeva
19:00 19.12.2025
Oxunuş sayı: 921