Ermənistan rəsmisi: Müxalifət Eçmiədzində azsaylı aksiya keçirdi
Ermənistanın Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan müxalifətin ötən gün Eçmiədzində tərəfdarlarını səfərbər edə bilmədiyini bildirib.
Bu barədə Crossmedia.az Ermənistan KİV-lərinin yaydığı məlumata istinadən xəbər verir.
Çaxoyan videoçıxışı zamanı qeyd edib ki, bütün səylərinə baxmayaraq, müxalifət Eçmiədzində cəmi 2200 nəfər toplaya bilib. Onun sözlərinə görə, bu vəziyyətdə müxalifətin “Bizim üsulla” adlı hərəkatına aid olduğu iddia edilən 14 min könüllünün harada olduğu sual doğurur.
Dekabrın 17-də baş nazir Nikol Paşinyanı Erməni Apostol Kilsəsi ilə qarşıdurmada dəstəkləyən 10 yepiskopun yaydığı bəyanatda vətəndaşlar dekabrın 18-i saat 17:00-da Eçmiədzində toplaşaraq katolikos II Qareginin istefasını tələb etməyə çağırılmışdı. Həmin gün Eçmiədzində müxalifət tərəfdarları da toplaşaraq katolikosa qarşı keçirilən aksiyaya mane olmağa çalışıblar.
Mehriban İbrahimli
16:42 19.12.2025
Oxunuş sayı: 916