ABŞ Tayvan üçün 11 milyard dollarlıq silah paketi açıqlayıb
ABŞ Dövlət Departamenti Tayvan üçün tarixdə ən böyük hesab edilən, dəyəri 11 milyard ABŞ dollarını aşan yeni hərbi yardım paketini elan edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, paketə HIMARS və ATACMS raketləri, M109A7 Paladin haubitsaları, “Javelin” və TOW tank əleyhinə raketləri, “Harpoon” gəmi əleyhinə raket sistemləri, eləcə də pilotsuz döyüş sursatları və helikopterlər üçün ehtiyat hissələri daxildir.
Rəsmi Vaşinqton bu addımın Tayvanın müdafiə qabiliyyətini gücləndirməyə xidmət etdiyini bildirir. Çin isə qərara kəskin etiraz edərək regionda gərginliyin artacağını bəyan edib.
16:48 19.12.2025
Oxunuş sayı: 1070