Tramp ABŞ ilə Venesuela arasında müharibə ehtimalını istisna etmir
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etmədiyini bildirib.
Crossmedia.az NBC News telekanalına istinadən xəbər verir ki, Tramp bunu müsahibəsi zamanı deyib.
Tramp vurğulayıb ki, Venesuela lideri Nikolas Maduro onun tələblərindən tam xəbərdardır.
“Maduro dəqiq bilir ki, mən nə istəyirəm. O bunu hamıdan yaxşı anlayır”, – deyə Tramp qeyd edib.
Fatimə Məmmədova
15:38 19.12.2025
Oxunuş sayı: 1023