Medvedev: Aİ Rusiya aktivlərini müsadirə etməkdən çəkinib
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Brüsseldə keçirilən Avropa İttifaqı sammitində Rusiya aktivlərinin birbaşa müsadirəsi məsələsindən imtina edildiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Aİ mümkün nəticələrdən ehtiyat edərək bu addımı atmağa cəsarət etməyib.
Medvedev qeyd edib ki, Avropa İttifaqında ABŞ-nin həlledici rolu etiraf olunub və Vaşinqton Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxıb. O, Brüsselin bu planlardan tamamilə əl çəkmədiyini, lakin hazırda "müvəqqəti olaraq geri çəkildiyini" iddia edib.
Bundan əlavə, Medvedev bəyan edib ki, Aİ-yə üzv bir sıra ölkələr Ukraynaya dəstək üçün ayrılan maliyyə töhfələrini artırmaqdan da imtina ediblər. Açıqlama Avropa İttifaqında Rusiya aktivləri və Ukraynaya dəstək məsələlərinin müzakirə olunduğu bir dövrdə səsləndirilib.
Nigar Yahyazadə
14:47 19.12.2025
Oxunuş sayı: 939