Ermənistan MTX-nin sabiq rəsmisi Mixail Ambarçumyan dindirilib
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktor əvəzi, MTX-nin İstintaq Departamentinin keçmiş rəhbəri Mixail Ambarçumyan İstintaq Komitəsində dindirilib.
Crossmedia.az erməni KİV-ə istinadən xəbər verir ki, dindirmə “Nork silahlı qrupu” ilə bağlı cinayət işi çərçivəsində aparılıb və üzləşmə formatında keçirilib. İstintaq orqanının iddiasına görə, 2015–2016-cı illərdə MTX-də qrupun bəzi üzvlərinə təzyiq göstərilib və nəticədə onları ifşa edən ifadələr alınıb.
Qeyd olunur ki, həmin dövrdə MTX-nin İstintaq Departamentinə Ambarçumyan rəhbərlik etdiyindən, istintaq onun dindirilməsini zəruri hesab edib. Xatırladaq ki, 25 oktyabr 2015-ci ildə MTX Artur Vardanyanın rəhbərlik etdiyi, dövlət çevrilişinə hazırlaşmaqda ittiham olunan 20 nəfərlik silahlı qrupun zərərsizləşdirildiyini açıqlanıb.
Türkan Kərimli
14:11 19.12.2025
Oxunuş sayı: 1142